Mixail Saakaşvili Gürcüstana qayıdıb: "Həyatımı təhlükəyə atıb, qayıtdım"

Mixail Saakaşvili Gürcüstana qayıdıb: "Həyatımı təhlükəyə atıb, qayıtdım"
1 Oktyabr 2021
Mətni dəyiş

“Sabahın xeyir, Gürcüstan. Səkkiz ildən sonra artıq Gürcüstandayam”.

Bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili feysbuk səhifəsində yazıb.

Saakaşvili bildirib ki, o həyatını təhlükəyə ataraq ölkəyə qayıdıb. O, xalqı seçkilərdə iştirak etməyə çağırıb. "Milli Hərəkata səs verin, Milli Hərəkatı istəmirsinizsə, kiçik vicdanlı partiyalara səs verin. Amma seçkilərdə iştirak edin. Biz birlikdə güclüyük. 100 min insan bir yerdə olsaq, bizə heç kim qalib gələ bilməz", - deyə Saakaşvili bildirib. Gürcüstan Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib və Mixail Saakaşvilinin ölkə sərhədlərini keçmədiyini qeyd edib. Həmçinin qeyd edilir ki, sabiq prezident sərhədi keçən kimi həbs ediləcək.

Sabiq dövlət başçısının oktyabrın 2-də Gürcüstana gedəcəyi gözlənilirdi. O, həmin tarixə Tbilisiyə bilet almışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun