Meksikada qadın qətlinə görə 91 il həbs: “Ədalət öz yerini tapdı”

Meksikada qadın qətlinə görə 91 il həbs: “Ədalət öz yerini tapdı”
29 Oktyabr 2021
Mətni dəyiş
Meksikada qadın qətli törədən Coel Antonio 91 il müddətinə azadlıqdan məhrum edilib. Qətlə yetirilən 17 yaşlı qızın anası qərardan məmnun olduğunu bildirib. “Bu gün qadının öldürülməsi ilə bağlı ədalət öz yerini tapıb. Qızım bir çox qətlə yetirilən qadından sadəcə biridir”, deyə o əlavə edib. Ötən il Meksikada 17 yaşlı sevgilisini öldürməkdə ittiham edilən 18 yaşlı Coel Antonio 91 il 5 ay 15 gün həbs və 1 milyon 800 min peso pul cəzasına məhkum edilib. Meksikanın Mexiko ştatında yerləşən Toluka şəhər məhkəməsində baxılan işdə hakim 2020-ci ilin noyabrında 17 yaşlı sevgilisi Qabini öldürən 18 yaşlı Coel Antonionu təqsirli bilib. 28 noyabr 2020-ci ildə sevgilisi Qabinin evinə gedən Antonio aralarında yaranan mübahisədən sonra gənc qadını döyüb və sonra öldürüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun