Mark Zukerberq sızdırılan Facebook arxivini şirkəti qaralamaq üçün təşkilatlanmış cəhd adlandırıb

Mark Zukerberq sızdırılan Facebook arxivini şirkəti qaralamaq üçün təşkilatlanmış cəhd adlandırıb
26 Oktyabr 2021
Mətni dəyiş
“Facebook”-un təsisçisi Mark Zukerberq şirkətin söz azadlığı və bərabərlik prinsiplərini pozmasından bəhs edən “Facebook Papers” (Facebook arxivi) sənədlərinin sızdırılmasını ilk dəfə şərh edib. Zukerberq daha əvvəl şirkət əməkdaşları qarşısında etdiyi çıxışını öz “Facebook” səhifəsində yayımlayıb. “Hesab edirəm ki, böyük təşkilatlar yoxlanılmalıdır və mən bunun mövcud olduğu bir cəmiyyətdə yaşamağa üstünlük verirəm. Vicdanlı tənqid bizə təkmilləşməyə kömək edir. Ancaq inanıram ki, gördüyümüz şey şirkətimiz haqda təhrif olunmuş fikirlər təqdim etmək üçün sızdırılmış sənədlərdən xüsusi şəkildə istifadə etmək üçün təşkilatlanmış cəhddir”. Zukerberq qeyd edib ki, şirkət qərarlar qəbul edərkən söz azadlığı və zərərli məzmunun azaldılması və ya məxfilik üçün şifrələnmənin tətbiqi və hüquq-mühafizə orqanlarına dəstək kimi rəqabətə aparan sosial ədalət anlayışlarını balanslaşdırmalıdır. "Mən dəfələrlə hər şeyə açıqlıq gətirmək üçün qaydaların tənzimləməninə çağırmışam, çünki şirkətlərin bu qərarların çoxunu təkbaşına qəbul etməli olduğunu düşünmürəm" Zukerberq deyib. Oktyabr ayında ABŞ-ın 17 media orqanı “Facebook”-un daxili sənədləri əsasında materiallar dərc edib. Şirkətin keçmiş əməkdaşı Frensis Houqenin jurnalistlərə verdiyi sənədlərə əsasən, Facebook xüsusilə nifrət nitqlərinin əksəriyyətini silmir, dezinformasiya ilə mübarizə üçün mövcud vasitələrdən istifadə etmir və məzmunun moderasiya qaydalarını VIP istifadəçilərə şamil etmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun