Macarıstanda keçirilən sorğularda Orbana qarşı müxalifət ittifaqı liderlik edir

Macarıstanda keçirilən sorğularda Orbana qarşı müxalifət ittifaqı liderlik edir
29 Oktyabr 2021
Mətni dəyiş
Macarıstanda gələn il keçiriləcək seçkilərdə Viktor Orbanı devirmək məqsədi daşıyan altı partiyalı müxalifət koalisiyası vahid namizədlərinin olduğunu elan etdikdən sonra avtoritar baş nazirin Fidez partiyasını 4 xal qabaqlayıb. Müxalifət alyansının ölkənin kiçik bir şəhərinin meri Piter Marki-Zeyi ortaq namizəd kimi seçməsindən 10 gün sonra yayımlanan sorğularda müxalifət 39 faiz, Fidez isə 35 faiz səs toplayıb. Respondentlərin 23 faizi qərarsız olduğunu bildirib. Fərqli siyasi partiyaların bir araya gəlməsi ilə yaranan ittifaq 106 bölgədən vahid namizəd irəli sürərək avtoritar Orban hökumətinin “korrupsiya və riyakarlığını ifşa etmək” məqsədi daşıyır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun