Kiyev Donbassda Bayraktar TB2-dən istifadə edildiyini təsdiqləyib

Kiyev Donbassda Bayraktar TB2-dən istifadə edildiyini təsdiqləyib
27 Oktyabr 2021
Mətni dəyiş
Ukrayna silahlı qüvvələrinin rəhbərliyi ilk dəfə olaraq ölkənin şərqində hədəfi məhv etmək üçün türk pilotsuz təyyarəsindən istifadə etdiklərini təsdiqləyib. Bildirilir ki, “Bayraktar TB2” PUA-ları Donbassda artilleriya mövqeyinə zərbə endirib. Qeyd edilir ki, istifadəyə dair göstərişi Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı şəxsən verib. Bu PUA-lar Azərbaycan ordusunun Dağlıq Qarabağda fəal şəkildə istifadə etdiyi həmin pilotsuz təyyarələrdir. Türkiyə bir neçə ildir ki, bu aparatlardan kürdlərə qarşı mübarizədə istifadə edir, həmçinin “Bayraktarlar “Suriya və Liviyada da müşahidə olunub. İstehsalçı şirkətin texniki direktoru Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. Ukrayna 2019-cu ildə Türkiyə avadanlığının - 12 pilotsuz təyyarənin tədarükü üçün müqavilə imzalayıb. PUA ilə birlikdə Ankara Kiyevi onun üçün silahla da təmin edir: lazerlə idarə olunan kiçik ölçülü bombalar. Kiyev bir il əvvəl NATO ilə birgə təlimlərdə PUA-ların istifadəsini təcrübədən keçirib, lakin bu günə qədər Donbassda istifadə etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun