İspaniyada uşaqlar üçün nəzərdə tutulan şəkər tərkibli məhsulların reklamı qadağan olunub

İspaniyada uşaqlar üçün nəzərdə tutulan şəkər tərkibli məhsulların reklamı qadağan olunub
29 Oktyabr 2021
Mətni dəyiş

İspaniyada hökumət artan piylənmə problemi ilə mübarizə aparmaq üçün uşaqlar üçün nəzərdə tutulan yüksək şəkərli qida və içkilərin reklamını qadağan edəcəyini açıqlayıb.

2022-ci ildə qüvvəyə minəcək qadağa televiziya, radio, internet və mobil telefon proqramlarında 16 yaşdan kiçikləri hədəf alan məzmunu əhatə edəcək.

Bu qərarla, yalnız Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən müəyyən olunaraq, uşaqlar üçün zərərli hesab edilən məhsulların reklamı qadağan ediləcək. Qadağan olunan məhsullara şokolad, xəmir məmulatları, dondurma, sərinləşdirici və digər şirinləşdirilmiş içkilər daxildir.

Bu barədə ölkənin istehlak naziri Alberto Qarzon danışıb. Qarzon deyib ki, İspaniya bu mövzuda İngiltərə, Norveç və Portuqaliyanın təcrübəsindən də istifadə edəcək.

Nazir qeyd edib ki, yetkinlik yaşına çatmayanlar həssas istehlakçılardır və onları reklamlardan qorumaq bizim borcumuzdur.

Rəsmi rəqəmlərə görə, İspaniyada 1984-cü ildə əhalinin yalnız 3 faizi artıq çəkiyə malik idi, ancaq indi hər üç uşaqdan biri artıq çəkidən əziyyət çəkir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 5-19 yaş arası uşaq və gənclər arasında piylənmə, eyni zamanda artıq çəkililiyin yayılması kəskin şəkildə artıb. 1975-ci ildə 4 faiz olan göstərici indi 18 faizə yüksəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun