İŞİD videolarını səsləndirən Kanada vatandaşına ömürlük həbs cəzası verilə bilər

İŞİD videolarını səsləndirən Kanada vatandaşına ömürlük həbs cəzası verilə bilər
4 Oktyabr 2021
Mətni dəyiş
İŞİD-in zorakılıqla dolu təbliğat videolarını səsləndirən Kanada vətəndaşı ABŞ-da hakim qarşısına çıxacaq. Səudiyyə Ərəbistanında doğulan Məhəmməd Xəlifə 2019-cu ildə Suriyada kürdlərin nəzarətindəki bölgədə yaxalanaraq FTB-yə təslim edilib. Prokurorlar 38 yaşlı Kanada vətəndaşının “zorakılığın arxasındakı səs” olduğunu qeyd edərək videolarda tərcümə və səsləndirmədən əvvəl Xəlifənin İŞİD silahlısı olaraq döyüşdüyünü vurğulayıblar. Gələn həftə ABŞ-da məhkəmə qarşısına çıxmağa hazırlaşan Xəlifə “terror təşkilatına maddi dəstək verməkdə” ittiham edilir. Əgər ittihamlar qəbul edilərsə Xəlifə ömürlük həbs cəzasına məhkum ediləcək. Yaxalanmasından sonra verdiyi ifadədə Xəlifə “aşağı rütbəli döyüşçü olduğunu” və sadəcə “İŞİD-in səsi” olaraq çalışdığını iddia edib. Xəlifə dəhşətli görüntülərin əks olunduğu videoların çəkilməsi və paylaşılmasında heç bir rolunun olmadığını əlavə edib. Xəlifə Kanadanı 2013-cü ildə İŞİD-ə qatılmaq üçün tərk edərək Suriyaya gedib. Burada təşkilatın təbliğat qrupunun mühüm üzvlərindən biri olub. ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına görə, səlis ingiliscə və ərəbcə danışa bildiyinə görə Xəlifəyə bu vəzifə həvalə edilib. İŞİD-in əsir götürdüyü, ya da “cəzalandırdığı” şəxslərə qarşı zorakılıq tətbiq etdiyi və aralarında başkəsmə görüntülərinin də olduğu videolar terror təşkilatının dünya səviyyəsində tərəfdaş toplamaq və təbliğat fəaliyyətlərinin əsas ünsürləri arasında yer alıb. Facebook, Twitter, Youtube və Instagram kimi sosial media kanallarında cihadçı təşkilatın proparanda paylaşımları ciddi şəkildə izlənilməsinə baxmayaraq uzun illər davam edib. Təşkilatın Telegram və WhatsApp kimi mesajlaşma platformalarından da təbliğat məqsədi ilə istifadə etdiyi bildirilir. 2017-ci ildən etibarən silahlıların döyüş meydanında mövqe itirməsi ilə İŞİD-in təbliğat fəaliyyətləri də azalmağa başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun