İranla Ermənistan Şimal-Cənub koridorunun qorunmasını və yeni yol çəkilməsini razılaşıblar

İranla Ermənistan Şimal-Cənub koridorunun qorunmasını və yeni yol çəkilməsini razılaşıblar
7 Oktyabr 2021
Mətni dəyiş

İranın yol şəhərsalma nazirinin müavini Xeyrulla Xadimi İran-Ermənistan sərhədinin yerləşdiyi Nurduza səfəri zamanı jurnalistlərin suallarını cavablandırıb. 

Nazir müavini bildirib ki, Nurduzdan keçib Ermənistana gedən İran tırları ilə bağlı yaranan  problemi Ermənistanda müzakirə ediblər və bu kontekstdə ciddi qərarlar qəbul ediblər.

Onun sözlərinə görə, Ermənistanla razılığa gəlinib ki, İrandan Gürcüstana qədər uzanan Şimal-Cənub koridoru qorunsun və bu istiqamətdə yeni yol çəkilsin.

Xadimi bildirib ki, iranlı mütəxəssislər Ermənistanın Gorus bölgəsinə gedəcəklər və İran tırlarının qarşılaşdığı problemləri yerindəcə analiz edəcəklər. İlkin ehtimallara görə, İrandan Ermənistana, ordan da Gürcüstana uzanan koridorun və yeni yolun istifadəyə başlaması minimum 5 il çəkəcək.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib ki, İran "İsrailin Qafqazda olmasından ciddi narahatdır".

O, çərşənbə günü baş tutan müzakirələrdə söyləyib ki, İran cəmi bir, Azərbaycan isə digər ölkələrlə birgə altı hərbi təlim keçirib.

İran rəsmisi ölkəsinin "İsrailin Qafqazda varlığından ciddi narahat olduğunu" bildirib və deyib ki, İran "bölgənin xəritəsindəki hər hansı bir dəyişikliyə dözməyəcək", İranın İRNA agentliyi yazır.

Azərbaycan və İsrail bu ittihamları daha əvvəl təkzib ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun