İordaniya Kralı "Pandora sənədləri" ilə bağlı: "Bahalı ev almaqda qanunsuz bir şey yoxdur"

İordaniya Kralı "Pandora sənədləri" ilə bağlı: "Bahalı ev almaqda qanunsuz bir şey yoxdur"
4 Oktyabr 2021
Mətni dəyiş

İordaniya Kralı II Abdullah ibn Əl Hüseyni adının hallandığı "Pandora sənədləri" ilə bağlı açıqlama verib.

O, bildirib ki, sənədlərdə göstərilənlər qismən həqiqətdir, ancaq o, qanunsuz bir addım atmayıb. Dövlət vəsaitini mənimsəməklə bağlı deyilənlər yalandır.

"Şişirdilmiş 100 milyon dollar məsələsi ilə bağlı məlumatları təhlükəsizlik səbəbindən demirəm, ancaq xaricdə ev almaqda qanunsuz bir şey yoxdur", - deyə o, əlavə edib.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) oktyabrın 3-də “Pandora Sənədləri”adlı araşdırmasının nəticələrini yayımlayıb. Jurnalistlər dünyanın hər yerindən offşor şirkətlərin sahibləri haqqında məlumatlar yer alan 12 milyon sənədi təhlil ediblər.

Dünya liderlərinin, siyasətçilərin və milyarderlərin gizli sərvətləri və ticarətləri maliyyə sənədlərinin ən böyük sızıntılarından birində ifşa edilib.

“Pandora Sənədləri” araşdırmasında təxminən 35 indiki və keçmiş lider və 300-dən çox dövlət məmuru yer alır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun