İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışını edib

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışını edib
26 Oktyabr 2021
Mətni dəyiş
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb. Dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb. Ərdoğanı səfər çərçivəsində ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müşayiət edir. Daha sonra Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışı olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. Dövlət başçıları açılışın rəmzi olan lenti kəsiblər. Daha sonra AZAL-ın prezidenti Cahangir Əsgərov Füzuli Beynəlxalq Hava Limanının simvolik açarlarını İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təqdim edib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun