İkinci Qarabağ müharibəsində şəhid olan Azər Həsənovun anası çarəsizlikdən intihar edib

İkinci Qarabağ müharibəsində şəhid olan Azər Həsənovun anası çarəsizlikdən intihar edib
26 Oktyabr 2021
Mətni dəyiş
İkinci Qarabağ müharibəsində yeganə övladını itirən Vüsalə Məmmədova bu gün, oktyabrın 26-da dərman içərək intihar edib.  Bu barədə V.Məmmədovanın yaxınları Turana bildiriblər.    Yaxınlarının dediklərinə görə, o, hazırda Gəncədə yerləşən 3 saylı xəstəxanadadır, durumu çox ağırdır. Qohumlar bildirirlər ki, 2020-ci il oktyabrın 17-də Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olan 21 yaşlı Azər Həsənovun anası hazırda kirayədə qaldığı mənzilin pulunu ödəyə bilmir. “Bir il ərzində Gəncə icra hakimiyyətinin başçısı Niyazi Bayramova dəfələrlə müraciət etməsinə baxmayaraq, onu qəbul etməyib. Şəhidimizin nənəsi ilə telefonla danışdım. Deyir ki, "qızım bezdi, adamı nə qədər aldadarlar. Hər dəfə onu qəbul edəcəyinə söz verən icra başçısı qızım binaya daxil olan kimi aradan çıxır və köməkçiləri "başçı burda yoxdur, gedin başqa vaxt gələrsiniz" deyir. Dərdimizi kimə deyək?"” deyə V.Məmmdovanın anası bildirir. “İşğaldan azad olunmuş bölgələrdə forslanıb poza verənlər, hərdənbir evinin çırağı sönən anaları da xatırlayın. O anaların minbir əziyyətlə böyütdüyü övladlarının qanı forsla gəzdiyiniz torpaqlarda qurumayıb hələ”, deyə şəhid yaxınlarından biri etirazını dilə gətirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun