Gürcüstan Prezidenti Saakaşvilini əfv etməyəcəyini deyib, Saakaşvili aclıq aksiyasına başlayıb

Gürcüstan Prezidenti Saakaşvilini əfv etməyəcəyini deyib, Saakaşvili aclıq aksiyasına başlayıb
2 Oktyabr 2021
Mətni dəyiş
Gürcüstan Prezidenti Salome Zurabişvili Mixail Saakaşvilini əfv etməyəcəyini bildirib. Bu barədə məlumatı “Sputnik” Gürcüstan paylaşıb. “Bu gün çoxları soruşur ki, Prezident onu (Saakaşvilini – red) əfv etməyi planlaşdırırmı? Bu suala yalnız bir, sadə və qəti cavabımız var -  xeyr, bu heç vaxt olmayacaq!”, - deyə 69 yaşlı Gürcüstan Prezidenti vurğulayıb. Gürcüstan Prezidenti bəyan edib ki, Saakaşvili beynəlxalq tərəfdaşların tövsiyələrinə zidd olaraq sabitliyi pozmaq üçün Gürcüstana gəlib. Bu arada, Gürcüstanın sabiq prezident Mixail Saakaşvili saxlanıldığı təcridxanada aclıq aksiyasına başlayıb. Bu barədə Mixail Saakaşviliyə təcridxanada baş çəkən Gürcüstan ombudsmanı Nino Lomcariya məlumat yayıb. Ombudsman həmçinin bildirib ki, M. Saakaşvili Ukrayna konsulu ilə görüş tələb edir. “Mən içəri daxil olanda o, (Mixail Saakaşvilini nəzərdə tutur – red) tibbi müayinədən keçirdi. Sonra bizə kamerada danışmaq imkanı verildi”, - deyə Gürcüstan ombudsmanı fikrini tamamlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun