Google Afrika üçün internetə sərmayə qoyur

Google Afrika üçün internetə sərmayə qoyur
7 Oktyabr 2021
Mətni dəyiş
Google daha sürətli və əlçatan internet təmin edərək Afrikadakı sahibkarlığı dəstəkləmək üçün 5 il ərzində 1 milyard dollar sərmayə yatıracağını açıqlayıb. Dünya Bankının məlumatına görə, yaxşı internet 1.3 milyard əhalinin 1/3 hissəsindən azının genişzolaqlı şəbəkəyə qoşulduğu qitənin əsas problemlərindən biridir. “Bu investisiyalar qitənin dörd əsas sahədə rəqəmsal transformasiyasını dəstəkləyəcək. Bu, ilk növbədə, hər bir afrikalı istifadəçi üçün məhsullara maneəsiz girişi və yaradılmasını təmin etməkdir. İkincisi, müəssisələrə rəqəmsal transformasiyada kömək etməkdir. Üçüncüsü, yeni nəsil texnologiyaları idarə etmək üçün sahibkarlığa sərmayə qoymaqdır. Dördüncüsü, Afrikada həyatını yaxşılaşdırmaq üçün çalışan qeyri-kommersiya təşkilatlarına dəstək verməkdir”, - Google Inc. və Alphabet şirkətinin baş direktoru Sundar Piçan deyib. Afrika əhalisinin yarısı 18 yaşın altındadır, bu da qitəni perspektivli bir bazar halına gətirir. Google rəhbərliyi şirkətin son illərdə bu sahədə böyük uğurlar əldə etdiyini, ancaq internetin hər afrikalı üçün əlçatan və faydalı olması məqsədilə daha çox iş görmək lazım olduğunu söyləyirlər. Sərmayə ilk növbədə Cənubi Afrika, Namibiya, Nigeriya və Müqəddəs Yelena ilə Avropanı birləşdirəcək “Equiano” sualtı kabeli də daxil olmaqla infrastrukturun inkişafına sərf olunacaq. Bundan əvvəl Google təxminən 10 milyon gənc afrikalıya və kiçik biznesə rəqəmsal bacarıqlar öyrətmək təşəbbüsü ilə çıxış edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun