Fransız Katolik Kilsəsində üç mindən çox pedofil keşiş xidmət edib

Fransız Katolik Kilsəsində üç mindən çox pedofil keşiş xidmət edib
4 Oktyabr 2021
Mətni dəyiş
Fransız Katolik Kilsəsində 1950-ci ildən bəri 3 mindən çox pedofil keşişin xidmət etdiyi məlum olub. Baş verən istismarlarla bağlı müstəqil bir komissiyanın hazırladığı hesabat oktyabrın 5-də yayımlanacaq. Komissiyanın sədri Jan Mark Suv 2 min 900 ilə 3 min 200 arasında pedofil keşiş və ya digər kilsə işçisinin təyin edildiyini bildirib. AFP-yə müsahibə verən Suve bunun ilkin ehtimal olduğunu da sözlərinə əlavə edib. İki il yarımda hazırlanan hesabat əlavə hissələri ilə birlikdə ümumilikdə 2500 səhifədən ibarətdir Komissiya mart ayından etibarən qurban sayının 10 min olacağı haqda ehtimallar irəli sürmüşdü. Qurban dərnəkləri və təmsilçilərinin dəvət ediləcəyi mətbuat konfransında ictimaiyyətə açıqlanacaq hesabat Fransa Yeparxiya Konfransına və Dini İnstitutlar və İcmalar Konfransına təhvil veriləcək. Adının açıqlanmasını istəməyən bir komissiya üzvü hesabatın “bomba effekti” yaradacağını deyib. Fransa Yeparxiya Konfransının sədri Erik de Mulins Bufart da hesabatın “qorxunc və xeyli sayda insanı” ifşa edəcəyindən “narahatlığını” dilə gətirib. Bundan başqa, komissiya qurbanlarının sayını qiymətləndirəcək və kilsədə cinsi zorakılığın yayılmasını digər qurumlarda aşkar edilənlərlə müqayisə edəcək. Hesabatda, xüsusən də uşaq cinayətlərini dəstəkləyən "xüsusilə institusional və mədəni mexanizmlər" ortaya çıxarılacaq. Şikayətlər necə təmin olunacaq? Bundan əlavə, hesabat şikayətlərin dinlənilməsi, hadisələrin qarşısının alınması, keşişlərin və din adamlarının təhsili, kilsə hüququ və Kilsə idarəçiliyinin dəyişdirilməsi kimi 45 fərqli sahədə həll təklifləri irəli sürəcək. Komissiya araşdırma zamanı ilk 17 ayda ümumilikdə 6 min 500 qurban və onların yaxınlarının şahidliklərini toplayıb. 250 görüşün keçirildiyi bu müddətdə çox sayda arxiv də (Kilsə, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, mətbuat) araşdırılıb. Baş verən hadisələrin çoxunun gecikmiş olması, ya da hadisəni törədənlərin ölməsi səbəbindən qanuni prosedur həyata keçirilməyəcək. Kilsə məhkəmələrinin isə şəffaflıqdan uzaq olması və xeyli uzadılması qeyd edilir. Kilsə hesabatdan sonra necə addımlar atacaq? “Lazımi tədbirlərin alınması üçün nə qədər ağır olsa da, bu yüklə üzləşməliyik”, deyə Dini İnstitutlar və İcmalar Konfransı sədri Veronik Marqron bildirib. Yeparxiya isə əksinə, cinayətlərin aradan qaldırılması əvəzinə maddi töhfənin tətbiq ediləcəyinə işarə edib. 2022-ci ildə atılması planlaşdırılan bu addım qurban və ailələrinin etirazına səbəb olub. CEF və Corref-dən ilk təkliflərin noyabr ayında keçiriləcək birgə plenar iclasda gələcəyi gözlənilir. Sentyabr ayında Vatikanı ziyarət edən bəzi fransız yepiskoplarla görüşən Papa Fransisk hesabat haqqında danışıqlar getdiyini bildirmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun