Fransa kilsələrində 1950-ci ildən bəri 216 min uşaq cinsi istismara məruz qalıb

Fransa kilsələrində 1950-ci ildən bəri 216 min uşaq cinsi istismara məruz qalıb
5 Oktyabr 2021
Mətni dəyiş
Fransada Kilsələrdə Cinsi İstismar Müstəqil Komissiyasının sədri Jan Mark Suve təxminən 2 il yarımlıq bir müddət ərzində apardıqları araşdırmaların nəticəsi olaraq hazırlanan hesabatı ictimaiyyətə açıqlayıb. Jan Mark Suve kilsələrdə 1950-ci ildən bəri 216 min uşağın cinsi istismar qurbanı olduğunu söyləyib. Suve Katolik Kilsəsinə bağlı müxtəlif qurumlardakı şikayətlər də nəzərə alındıqda bu rəqəmin 330 minə çıxa biləcəyini qeyd edib. [caption id="attachment_109652" align="alignnone" width="1600"] Jean-Marc Sauve[/caption] Komissiyanın təxminən 2500 səhifəlik hesabatında Katolik Kilsəsi cinsi istismar mövzusunda lazımi tədbirlər almamaqda ittiham edilir. Katolik Kilsəsinə edilən tövsiyələr arasında tövbə prosesində məxfiliyin məhdudlaşdırılması da var. Hesabata görə, cinsi istismar hallarının təxminən 3 mini sübuta yetirilib. İttiham olunan keşişlərin və digər din xadimlərinin sayı 115 min olsa da, bu rəqəmin daha çox olduğunu düşünülür. Hesabatda həmçinin qurbanların 60 faizinin həyatlarının irəliləyən mərhələlərində emosional və seksual anlamda ciddi problemlər yaşadıqları vurğulanıb. Fransa Katolik Kilsəsindən bir rəsmi məlumatların “qorxunc və utancverici” olduğunu deyərək üzr istəyib. Kilsələrdə Cinsi İstismar Müstəqil Komissiyasının araşdırmaları Katolik Kilsəsi tərəfindən maliyyələşdirilir. Komissiya üzvləri hesabat üçün 2.5 il boyunca həm cinsi istismar qurbanları ilə görüşüblər, həm də Katolik Kilsəsinin arxivlərini araşdırıblar. Hesabatda ittiham edilənlərin çoxunun isə Fransa qanunlarına əsasən, mühakimə ediləcək yaşda olmadığı ehtimal edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun