Dünyanın ən yüksək inflyasiyasına malik Venesuelada pul vahidi bolivardan 6 sıfır silinib

Dünyanın ən yüksək inflyasiyasına malik Venesuelada pul vahidi bolivardan 6 sıfır silinib
1 Oktyabr 2021
Mətni dəyiş
Dünyanın ən yüksək inflyasiyasına malik Venesuelanın pul vahidi bolivardan altı sıfır silinməsinə qərar verilib. Pis iqtisadi vəziyyətə görə, demək olar ki, dəyərsizləşən bolivarın 6 sıfır silinmiş yeni əskinasları cümə axşamı günündən etibarən tədavülə buraxılıb. Bu ana qədər bazarda ən böyük əskinas 1 milyon bolivar hesab edilirdi. Dünəndən etibarən 4 milyon bolivar 1 dollara bərabər olub. Bolivarın yeni halında ən böyük əskinas 100 bolivar olacaq. Bu da ilkin mərhələdə 25 dollara satılacaq. Bu, bolivarın xarici valyutalar qarşısında dəyərinin dəyişməyəcəyi deməkdir. Altı sıfırlıq dəyişikliyin əsas məqsədinin həddən artıq sıfırlı nağd əməliyyatlarında və mühasibat uçotunu asanlaşdırmaq olduğu bildirilib. Bir şüşə qazlı su 8 milyon bolivardır Keçmiş pul vahidi iəl bir şüşə qazlı su ala bilmək üçün 8 milyon bolivar ödəmək lazım idi. Bu da insanların dəstələrlə pulla alış-veriş etmələri və ödənişlərdə böyük çətinliklərlə üzləşmələrinə səbəb olurdu. Banklar isə müştərilərin gündə ən çox 20 milyon bolivar nağdlaşdırmasına icazə verirdi. Nağd pul çatışmazlığı olanda bu limit daha da aşağı salınırdı. Bu səbəblə istehlakçılar son dövrdə ABŞ dollarına və ya PayPal kimi rəqəmsal ödəniş üsullarına yönəlməyə başlayıb. Hazırda ölkədə əməliyyatların 60 faizinin ABŞ dolları ilə gerçəkləşdirildiyi bildirilir. Üçüncü dəfə sıfırlar silindi Venesuelada bolivardan sıfır silinməsi üsulundan daha əvvəl də istifadə edilmişdi. 2008-ci ildə mərhum prezidenti Huqo Çavez üç sıfır, xələfi Nikolas Maduro isə 2018-ci ildə beş sıfır sildirmişdi. Dörd ildən çoxdur davam edən hiper infilyasiya səbəbindən Mərkəzi Bank artıq inflyasiya statistikalarını açıqlamır. Beynəlxalq Valyuta Fondu Venesuelanın 2021-ci ilin sonundakı inflyasiya həddinin 5500 faiz olacağını ehtimal edir. Maduro hökuməti iki il əvvəl yerli valyuta lehinə dollar əməliyyatlarını məhdudlaşdırmağa çalışıb, lakin inflyasiyanın artması səbəbindən bu siyasət ləğv edilib. Dollardan istifadənin sürətlə artdığı ölkəyə ABŞ pul vahidi xarici bankda hesab sahibləri və ya xaricdən nağd pul gətirən venesuellalılar tərəfindən daxil edilir. Sıfır silmə qərarından əvvəl qiymət tablolarında köhnə və yeni bolivar və dollar ilə qiymət yazılırdı. Banklar dəyişiklik üçün lazımi düzəlişlərin edilə bilməsi üçün cümə axşamı və cümə günləri əməliyyatları bir neçə saat donduracaqlarını açıqlayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun