Dubay əmiri Şeyx Əl Maktum "Pegasus"-la keçmiş həyat yoldaşını və onun vəkillərini izlədib

Dubay əmiri Şeyx Əl Maktum "Pegasus"-la keçmiş həyat yoldaşını və onun vəkillərini izlədib
7 Oktyabr 2021
Mətni dəyiş

Dubay əmiri Şeyx Məhəmməd bin Əl Maktum evdən qaçmış və sonradan onunla boşanmış həyat yoldaşının və onun vəkillərinin telefon danışıqlarını izlədib. 

Bu barədə İngiltərə məhkəməsi qərar çıxardıb. Məhkəmənin qərarında göstərilib ki, telefon danışıqları “Pegasus” casus proqramı vasitəsilə dinlənilirmiş.

Məhkəmədə sübut edilib ki, Dubay əmiri təkcə keçmiş həyat yoldaşının yox, onun köməkçisinin, vəkillərinin, 2 mühafizəçisinin də telefonunu dinlədirmiş.

"Siyahıda olmaq, hələ güdülmək demək deyil"

Pegasus proqramı məxfi olaraq mobil telefonlara müdaxilə edə, elektron məktubları, zəng və SMS-ləri izləyə bilir.

Bəzi hallarda bu proqram kənardan smartfonların mikrorofonlarını açmaq qabiliyyətinə malikdir.

Bu proqramdan qətlə yetirilmiş səudiyyəli şərhçi Camal Qaşıqçıya yaxın adamların smartfonlarına müdaxilə üçün istifadə edildiyi deyilir.

Telefonlarına bu yolla casus müdaxiləsi edilmiş jurnalistlərin arasında CNN, Associated Press, Voice of America, New York Times, Wall Street Journal, Bloomberg News, Le Monde, Financial Times и Al Jazeera kimi media təşkilatlarının müxbirləri var.

Həmçinin siyahıda 65 biznesmen, 85 insan haqları müdafiəçisi və 600-dən çox siyasətçinin olduğu məlumdur.

The Guardian yazır ki, bu siyahılarda adları olanların heç də hamısının telefonları izlənməyib, amma siyahının özü İsraildən belə casus avadanlığı almış hökumətlərin “marağında olan şəxslərin” kimliyinə işıq salır.

NSO Group şirkətinin müştərilərinin arasında Azərbaycan hökumətinin də adı var. Fransa və Macarıstanda qalmaqalla bağlı cinayət işlərinə başlansa da, rəsmi Bakıdan xəbərlərlə bağlı heç bir şərh verilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun