Çində uşaqlar cinayət törədərsə, valideynləri cəzalandırılacaq

Çində uşaqlar cinayət törədərsə, valideynləri cəzalandırılacaq
22 Oktyabr 2021
Mətni dəyiş

Çində cinayət törədən uşaqların valideynlərini cəzalandırmağı nəzərdə tutan yeni qanun layihəsi hazırlanıb. 

Yeni qanuna görə, valideynlər himayələrində olan uşaqların davranışlarına görə məsuliyyət daşıyacaqlar. Əgər uşaqlar çox pis davranış sərgiləsə və ya cinayət törətsə, ailə "Ailə təhsili" adlı tədris proqramına cəlb olunmalı olacaq.

Yeni qanunla ailələr uşaqları üçün kifayət qədər oyun, istirahət və idman vaxtı ayırmaq məcburiyyətində olacaqlar.

Qanunun gələn həftə parlamentdə səsverməyə çıxarılacağı bildirilib.

Bundan əvvəl isə Çində tətbiq olunan yeni qaydalara əsasən, 18 yaşdan kiçik olanların həftədə yalnız üç saat video oyun oynamasına icazə verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun