Çexiyanın Baş naziri Pandora sənədlərindən danışıb: "22 milyon dollar mənə aiddir, səhv heç nə etməmişəm"

Çexiyanın Baş naziri Pandora sənədlərindən danışıb: "22 milyon dollar mənə aiddir, səhv heç nə etməmişəm"
4 Oktyabr 2021
Mətni dəyiş

Çexiyanın Baş naziri Andrey Babiş Pandora sənədlərində iddia edilən 22 milyon dollarlıq offşor hesablarından və Fransada öz adına alınmış əmlaklardan danışıb. 

O bildirib ki, səhv bir şey etməyib, gəlirlərin və mülklərin vergisi ödənilib.

"Sözügedən 22 milyon dollar mənə aid puldur və offşor hesablara Çexiyadakı bankların biri vasitəsi ilə köçürülüb. Vergisi ödənilib. Hazırda da Çexiya bankına geri qaytarılıb. Almaniyada və ABŞ-da olan mülklərlə də bağlı bütün hüquqi addımlar atılıb. Heç bir halda yanlış bir şey etməmişəm", - deyə Çexiyanın Baş naziri bildirib.

Siyasətə gəldiyi 2011-ci ildən əvvəl milyonçu olan Babiş bundan əvvəl Avropa Birliyi fondlarından haqsız yerə 2 milyon dollarlıq dəstək aldığına görə, istinstaqa cəlb edilib. O, siyasətdən əvvəlki fəaliyyətində böyük qida məhsulları olan şirkətin və bir media quruluşunun rəhbəri olub.

O, Baş nazir olmamışdan əvvəl "Agrofert Holding"-lə bağlı maliyyə bəyannaməsini ictimayətə təqdim edib.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) oktyabrın 3-də “Pandora Sənədləri”adlı araşdırmasının nəticələrini yayımlayıb. Jurnalistlər dünyanın hər yerindən offşor şirkətlərin sahibləri haqqında məlumatlar yer alan 12 milyon sənədi təhlil ediblər.

Dünya liderlərinin, siyasətçilərin və milyarderlərin gizli sərvətləri və ticarətləri maliyyə sənədlərinin ən böyük sızıntılarından birində ifşa edilib.

“Pandora Sənədləri” araşdırmasında təxminən 35 indiki və keçmiş lider və 300-dən çox dövlət məmuru yer alır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun