Cəbhəçi fəala 20 sutka inzibati həbs cəzası verilib

Cəbhəçi fəala 20 sutka inzibati həbs cəzası verilib
19 Oktyabr 2021
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Elxan Əliyevin oktyabrın 16-da inzibati qaydada həbs olunub. Bu barədə AXCP-dən məlumat verilib. Partiyadan verilən məlumata görə, Elxan Əliyev oktyabrın 15-də saat 17:20 radələrində yoxa çıxıb. Sonradan AXCP üzvünün Xətai rayon 37-ci polis bölməsində olduğu və barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib edildiyini məlum olub. AXCP Elxan ƏliyevinXətai rayon Məhkəməsində 20 sutka inzibati həbs cəzası verildiyini qeyd edib. Bu deyilənlərə Xətai rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən, o cümlədən Elxan Əliyevin ailəsindən münasibət öyrənmək mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun