Böyük Britaniya “Taliban” ilə danışıqlara başlayıb

Böyük Britaniya “Taliban” ilə danışıqlara başlayıb
6 Oktyabr 2021
Mətni dəyiş
Böyük Britaniya Baş nazirinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Simon Qass Kabildə “Taliban”ın rəhbərliyində təmsil olan şəxslərlə görüşüb. BBC xəbər verir ki, Krallığın Xarici İşlər Nazirliyinin yaydığı məlumatına görə, britaniyalı diplomatı İngiltərənin Əfqanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Mardin Lonqden müşayiət edib. Qeyd olunur ki, görüşdə Böyük Britaniyanı təmsil edən şəxslər humanitar böhranla əlaqədar vəziyyətin yoluna qoyulması, Əfqanıstanda terrorun qarşısını almaq və ölkəni tərk etmək istəyənlərin təhlükəsiz çıxışını təmin etmək istiqamətində “Taliaban”la əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun