BMT: "Elon Maskın sərvətinin 2 faizi dünyadakı aclığı sonlandıra bilər"

BMT: "Elon Maskın sərvətinin 2 faizi dünyadakı aclığı sonlandıra bilər"
28 Oktyabr 2021
Mətni dəyiş

"Dünyadakı aclığın bitməsi üçün 6 milyard dollar lazımdır. Bu da “Tesla”nın baş icraçı direktoru Elon Maskın 289 milyard dollarlıq sərvətinin cəmi 2 faizidir".

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Qida Proqramının direktoru David Bisli danışıb.

Onun sözlərinə görə, dünyadakı varlı insanlarla kasıblar arasındakı uçurum genişlənməkdə davam edir, varlıların sərvətlərinin yalnız bir hissəsi ilə dünyadakı aclıq problemi həll oluna bilər.

Milyarderləri əllərini ciblərinə salmağa çağıran Bisli xüsusilə dünyanın ən varlı iki adamı, "Amazon"-un qurucusu Ceff Bezos və "Tesla"-nın baş direktoru Elon Maska mesaj göndərib.

"Hazırda dünyada 42 milyon insan aclıqdan ölmək üzrədir. Onlara kömək etmək üçün bizə 6 milyard dollar lazımdır. BMT və QHT-lər ərzaq təminatında çətinlik çəkirlər. Yanacağımız bitdi. Pulumuz tükənir. İşçilərimizə maaş verə bilmirik. Bu, böhranı daha da gücləndirir", - deyə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Qida Proqramının direktoru David Bisli bildirib. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun