BMT: "Bu il İranda gizli şəkildə 230 edam həyata keçirilib"

BMT: "Bu il İranda gizli şəkildə 230 edam həyata keçirilib"
27 Oktyabr 2021
Mətni dəyiş

İranda 2020-ci ildə aralarında dördü azyaşlı məhkum olmaqla 250 nəfər edam edilib. 

Birləşmiş Millətlər Təşkilatının (BMT) İran üzrə xüsusi nümayəndəsi Cavid Rəhman bu barədə danışıb.

O, BMT Baş Assambleyasının İnsan Haqları Komitəsində çıxışı zamanı deyib ki, İran ölüm hökmlərini “həyəcanverici səviyyədə” həyata keçirməyə davam edir.

Cavid Rəhman bildirib ki, İranda 2020-ci ildə 4-ü uşaq olmaqla 250-dən çox məhbus edam edildilib. O, əlavə edib ki, bu il də 9-u qadın, biri uşaq olmaqla, ümumilikdə 230 məhbus gizli şəkildə edam edilib.

BMT-nin məruzaəçisi bildirib ki, bu adamların əksəriyyəti əsassız olaraq dövlət təhlükəsizliyinə təhlükə törətməkdə ittiham olunaraq edam ediliblər və təəssüf ki, İranda bu araşdırmaları aparacaq sivil, ədalətli hüquq sistemi yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun