Belarus hökuməti 'Tut.by' nəşrinin heyətinə qarşı cinayət işi qaldırıb

Belarus hökuməti 'Tut.by' nəşrinin heyətinə qarşı cinayət işi qaldırıb
7 Oktyabr 2021
Mətni dəyiş
Belarus İstintaq Komitəsi “Tut.by” nəşrinin vəzifəli şəxslərinə və əməkdaşlarına qarşı düşmənçilik və ya nifrətə təhrik etmə (Cinayət Məcəlləsinin 130-cu maddəsinin 3-cü hissəsi) ittihamı ilə cinayət işi açıb. Cinayət işinə hansı jurnalistlərin cəlb edildiyi açıqlanmayıb. Sözügedən maddə üzrə 12 ilə qədər həbs cəzası nəzərdə tutulur. “Tut.by” Belarusda 2000-ci ildən fəaliyyət göstərən ən böyük xəbər qəzetidir. May ayında nəşrin veb saytı bloklanıb, ofislərində axtarış aparılıb, qəzetin 15 əməkdaşı və ortaqları vergidən yayınma iddiası ilə saxlanılıb. İyul ayında “Tut.by” komandasının keçmiş üzvləri yeni media olan “Zerkalo.io”-nu istifadəyə veriblər. Bir ay sonra Minsk məhkəməsi “Tut.by” və “Zerkalo.io” saytlarını və sosial şəbəkələrini ekstremist elan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun