Avstriyanın gənc Baş naziri korrupsiya və rüşvətxorluqda ittiham olunur, ofisində axtarış aparılıb

Avstriyanın gənc Baş naziri korrupsiya və rüşvətxorluqda ittiham olunur, ofisində axtarış aparılıb
7 Oktyabr 2021
Mətni dəyiş

Avstriyanın gənc Baş naziri Sebastian Kurz korrupsiya və rüşvətxorluqda ittiham edilir. 

Bu barədə ölkə prokurorluğu məlumat yayıb. Məlumata görə, Baş nazir korrupsiyaya bulaşmaqda şübhəlidir və bir media orqanının rəhbərlərinə rüşvət təklif edib. Prokurorluğun qeydlərinə görə, nazir rüşvət qarşılığında onlardan təmsil olunduğu sağçı Xalq Partiyasının lehinə yazılar dərc edilməsini istəyib. Prokurorluq söhbətin hansı media orqanından getdiyini açıqlamaq istəməyib. İstintaqın başladılmasından sonra polis Baş nazirin ofisində və partiyasının qərargahında əməliyyat keçirib. Ofisdə və qərargahda axtarışlar aparılıb. Partiya bütün ittihamları rədd edir və bunun siyasi səbəblərdən doğan saxta ittihamlar olduğunu müdafiə edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun