Avropa Şurası Nazirlər Kabinetinin Səlahəddin Dəmirtaşla bağlı Türkiyəyə qoyduğu vaxt qurtardı

Avropa Şurası Nazirlər Kabinetinin Səlahəddin Dəmirtaşla bağlı Türkiyəyə qoyduğu vaxt qurtardı
2 Oktyabr 2021
Mətni dəyiş

Avropa Şurası Nazirlər Kabinetinin Səlahəddin Dəmirtaşla bağlı Türkiyəyə qoyduğu vaxt qurtarıb. 

Komitə Avropa Məhkəməsinin (AİHM) Dəmirtaşla bağlı qərarlarının icra olunması üçün Türkiyənin qarşısına bir sıra vacib şərtlər qoymuşdu. Ötən həftə Nazirlər Kabinetinin də tələblərinə baxmayaraq, iş adamı Osman Kavala və siyasətçi Səlahəddin Dəmirtaş azadlığa buraxılmayıb. Bundan sonra isə AŞPA-nın Nazirlər Komitəsi prosedura uyğun olaraq hüquqi müddətin başladığını elan edib.

Nazirlər Komitəsi bildirib ki, əgər Türkiyə 30 noyabr - 2 dekabr aralığında keçirilən iclaslara qədər bu şəxsi azadlığa buraxmasa, Türkiyə ilə bağlı konkret addımlar atılacaq.

Avropa Məhkəməsi Səlahəddin Dəmirtaşın azadlığa buraxılmasına və onunla bağlı açılan cinayət işinin bağlanmasına qərar verib. Məhkəmə hesab edib ki, Dəmirtaşın həbsi onun seçkilərdə iştirak etməyinin qarşısını almaq üçün olub və qanunsuzdur.

Səlahəddin Dəmirtaş PKK terror qruplaşması ilə əlaqələrdə ittiham olunaraq həbs edilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun