28 ölkə ÜST-ün direktorluğuna yenidən Tedros Qebreyesusun namizədliyini irəli sürüb

28 ölkə ÜST-ün direktorluğuna yenidən Tedros Qebreyesusun namizədliyini irəli sürüb
30 Oktyabr 2021
Mətni dəyiş

Aralarında Almaniya və Fransanın da olduğu 28 ölkə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktorluğuna yeganə namizəd kimi yenidən Tedros Adhanom Qebreyesusu göstərib. 

ÜST-dən verilən açıqlamaya görə, Qebreyesus gələn ilin may ayında keçiriləcək 75-ci Ümumdünya Səhiyyə Assambleyası çərçivəsində keçiriləcək Baş Direktor seçkilərinə yeganə namizəd kimi daxil olacaq.

Daha 5 il təşkilata rəhbərlik edəcəyi gözlənilən Qebreyesusu ÜST-ə üzv olan 194 ölkədən 28-i yeganə namizəd kimi irəli sürüb.

Tedros Adhanom Qebreyesusun namizədliyini irəli sürən ölkələr arasında Avstriya, Bəhreyn, Barbados, Botsvana, Kuk adaları, Xorvatiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İndoneziya, İrlandiya, Qazaxıstan, Keniya, Lüksemburq, Malta, Hollandiya, Oman, Portuqaliya, Ruanda, Slovakiya, İspaniya, İsveç, Tonqa, Trinidad və Tobaqo var.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ÜST-ü yeni növ koronavirusla (Covid-19) mübarizədə təsirsiz olmaqda və Çinlə yaxınlıq etməkdə ittiham edirdi. 

Tramp Çinə bağlı olmaqda ittiham etdiyi ÜST-ə maliyyə dəstəyini dayandıracaqlarını və bu təşkilatdan çıxacaqlarını bildirmişdi. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun