11 Yanvar 2021
Mətni dəyiş
WhatsApp son günlərdə istifadəçilərinə yeni konfidensiallıq razılaşmasını qəbul etmələri, əks halda tətbiqi telefonlarından silmələri ilə bağlı xəbərdarlıq yollayır.
Mesajlaşma proqramı olan WhatsApp, yeni müqaviləni və məlumat paylaşma şərtlərini 8 fevrala qədər qəbul etməyənlərin telefonundan tətbiqin silinəcəyini xəbərdarlıq edir.
Bu hala görə dünyanın dörd tərəfindən istifadəçilər WhatsApp tətbiqini telefonlarından silməyə başlayıb.
İnsanların WhatsAppdan üz döndərməsi ilə onun alternativi olan və gizliliyə daha çox önəm verən Signal adlı tətbiqə son günlər populyarlaşmağa başlayıb.
2016-cı ildən WhatsApp özəl məlumatları satırdı
Facebook 2014-cü ildə WhatsAppı alandan bəri məlumat paylaşımı və gizliliklə bağlı qaydaları nə cürə dəyişdirəcəyi istifadəçilərin diqqətində idi.
Xüsusilə Facebookun məlumat paylaşımı və gizliliklə bağlı adının bir neçə qalmaqda çəkilməsindən sonra bu platformanın etibarlı bir platforma olmaması ilə bağlı ictimai rəy yaranmışdı.
Wired jurnalının məlumatına görə WhatsAppın son zamanlar istifadəçilərin ekranına yolladığı xəbərdarlıq 2016-cı ildən Facebookla hansı məlumatların paylaşılacağı ilə bağlı ortada olan söz-söhbətin davamıdır. Buna görə də jurnal bu qaydaların 2016-cı ildən bəri qüvvədə olduğunu iddia edir.
Həmçinin Wired jurnalına görə WhatsAppın yeni təqdim etdiyi gizlilik müqaviləsi daha çox biznes hesabları (WhatsApp Business) olan istifadəçilərinin məlumatlarının üçüncü şəxsə verilməsi ilə bağlıdır.
2016-cı ildə gizlilik və məlumat paylaşılması ilə bağlı bəzi yeniləmələr zamanı istifadəçilərə bəzi məlumatlarının Facebook ilə paylaşılmaması imkanı verirdi, ancaq yeni müqavilədə bu imkan verilmir.
2016-cı ildən sonra tətbiqi yükləyən bir milyarddan çox istifadəçinin məlumatları isə hal-hazırda da Facebookda paylaşılmaqdadır.
WhatsApp hansı məlumatlarımızı paylaşacaq?
Wired jurnalı WhatsAppda son dəyişikliklərdə başdan-başa şifrələnmə (end-to-end encryption) funskiyasının hələ də işləyəcəyinə diqqət çəkib.
Bu funksiya göndərdiyimiz mesajların, fotoların və ya digər məlumatların sadəcə özümüzün və qarşı tərəfin telefonunda qala bilməsi demək idi. Deməli, WhatsApp və Facebook mesajların məzmununu görmür. WhatsApp bizim bu tətbiqdən necə istifadə etməyimizi öyrənir.
WhatsAppın Facebookla paylaşdığı məlumatlar arasında telefon nömrəmiz, WhatsAppda nə qədər müddət vaxt keçirməyimiz və hansı aralarla istifadə etməyimiz, digər istifadəçilərlə nə cür ünsiyyətdə olmağımız, cihazımızla bağlı məlumatlar, IP adresimiz, əməliyyat sistemimiz, istifadə etdiyimiz brouzer, batareyamızın vəziyyəti, tətbiqin versiyası, mobil internet, dil və zaman dilimi yer alır.
WhatsAppa lap əvvəldə proqramı yükləyəndə verdiyimiz icazəyə görə ödəmə məlumatlarımız və olduğumuz yer də Facebook ilə paylaşıla bilən məlumatlar arasındadır.
Hansı reklamlara məruz qala bilərik?
WhatsApp verdiyi açıqlamada istifadəçinin şəxsi məlumatlarını ancaq və ancaq istifadəçiyə reklamlar göstərmək üçün istifadə edəcəyini bildirib.
TechRadar texnologiya saytı WhatsAppın statuslarımız, hekayələrimiz və profil fotolarımızda fotolarımızda paylaşdığımız şeyləri də bizə xatırladaraq bizə buna uyğun reklamlar göstərəcəklərini iddia edir.
Əgər WhatsApp statusunuzda müəyyən bir maşın modelini almaq istədiyinizlə bağlı məlumat paylaşsanız tətbiq bunu Facebooku verəcək, Facebook isə məlumatları reklam verən şirkətlərə satacaq beləcə Facebook, WhatsApp, Messenger və Instagram buna görə reklamlar görə biləcəksiniz.