27 Yanvar 2021
Mətni dəyiş
Yanvarın 26-da İkinci Qarabağ döyüşündə şəhid olanların ailə üzvləri Qaradağda qəbirləri qazıb, yaxınlarının cəsədlərini çıxartmağa çalışıblar. Polislər şəhid yaxınlarının bu hərəkətinin qarşısını alıblar. Onların bunu etməsinə səbəb isə övladlarının Qaradağ rayonunda deyil, İkinci Fəxri Xiyabanda dəfn olunmasını tələb etmələridir. Lakin onların müraciətlərinə baxılmayıb.
Bu gün, yanvarın 27-sində isə şəhid yaxınları yenidən etiraz üçün Yasamal rayon icra hakimiyyətinin önünə gəliblər, yolu kəsməyə cəhd ediblər. Əraziyə polis və Yasamal rayonu icra hakimiyyətinin nümayəndələri gəlib.
Valideynlər deyirlər ki, Bakı şəhərinin Yasamal və Nəsimi rayonundan olan 17 nəfər Qaradağ rayonundakı yol kənarında olan bu məzarlıqda ailələrinin razılığı olmadan dəfn edilib.