Ramin Quluzadə nazir vəzifəsindən azad edildi, yerinə Rəşad Nəbiyev təyin olundu

Ramin Quluzadə nazir vəzifəsindən azad edildi, yerinə Rəşad Nəbiyev təyin olundu
26 Yanvar 2021
Mətni dəyiş

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Rəşad Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Nəbiyev bundan əvvəl “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən çalışıb. Yeni təyinatla o, əvvəlki vəzifəsindən azad edilib.

Ramin Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə İlham Əliyevin 2016-ci il, 15 yanvar sərəncamı ilə təyin olunmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun