Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə məlumatı Kreml yayıb.
V.Putin Türkiyə Prezidentini Azərbaycan, Ermənistan və Rusiya liderlərinin yanvarın 11-də Moskvada keçirdikləri üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırıb.
Bildirilib ki, V.Putin və R.T.Ərdoğan Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi və Qarabağdakı hərbi fəaliyyətləri də müzakirə ediblər.
R.T.Ərdoğan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki səylərini dəstəkləyib, Türkiyə və Rusiyanın birgə koordinasiyasının tərəfdarı olduğunu vurğulayıb.
Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək.