Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi, yerinə Ramin Quluzadə təyin edildi

Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi, yerinə Ramin Quluzadə təyin edildi
26 Yanvar 2021
Mətni dəyiş

Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilib.

R.Quluzadə bundan əvvəl Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsində çalışıb. O, bu gün dövlət başçısının sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Onun yerinə Rəşad Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Nəbiyev bundan əvvəl “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən çalışıb. Yeni təyinatla o, əvvəlki vəzifəsindən azad edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun