Milli qəhrəmanlar üçün təyin edilmiş edilmiş aylıq prezident təqaüdün məbləği 1500 manatdan 1800 manata qaldırılıb.
Dekabrın 31-d ölkə başçısı "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” fərmana dəyişiklik edib.
Fərmana əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə təqaüd həmin şəxslərin dul arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına və birinci növbədən digər qohumları olmayan baba və nənələrinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödəniləcək.
Bundan başqa Əfqanıstanda sovet qoşunlarının tərkibində xidmət edən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün ayrılan təqaüdünün məbləği 300 manatdan 500 manata qaldırılıb.
Prezident 2014-cü ildə qəbul olunmuş "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” qanuna da dəyişiklik edib.
"20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği 300 manatdan 500 manata qaldırılıb.
İlham Əliyev "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” fərmana dəyişiklik edib.
Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.