Azərbaycan Mərkəzi Bankı ilə Türkiyənin "Tekfen İnşaat" şirkəti arasında 218 milyon avroluq müqavilə imzalanıb. Müqaviləyə əsasən, Mərkəzi Bankın yeni tikiləcək inzibati binasının tikintisi "Tekfen İnşaat"-a tapşırılıb.
Məlumatı "Reuters" agentliyi yayıb.
Məlumata görə, Tekfen Holdinqin törəmə şirkəti olan "Tekfen İnşaat"-la imzalanan müqavilə çərçivəsində mühəndislik, avadanlıq və material təhcizatı da daxil olmaqla, bir çox iş şirkətə tapşırılıb.
Şirkətdə Azərbaycan Dövlət Neft Şirkəti də pay sahibidir?Məlumata görə, şirkətlə Azərbaycan Dövlət Neft Şirkətinin ilk təmasları 2008-ci ildə yaranıb. Belə ki, 2008-ci ildə Azərbaycana aid "Palmali" şirkəti və Dövlət Neft Şirkəti Tekfen Holdinqin səhimlərinin yarısını alıblar.
5 illik müqaviləyə görə, Azərbaycan şirkətləri Tekfen Holdinqə 37 milyard dollarlıq inşaat işi verməli olub. Bununla yanaşı, Tekfen Constructionun və Təsisat A.Ş-nın səhimlərinin 50%-inin alınması üçün, şirkətə 520 milyon dollar ödənildiyi bildirilib.
2019-ci ildə Tekfen Holdinqin törəmə şirkəti olan TechInvestments LLC Azərbaycan Dövlət Neft Şirkətinin 375 milyon dollar kapitalı olan törəmə şirkəti SOCAR Polymer Investments LLC-nin səhimlərinin 10%-ni alıb. Müqavilə Bakıda imzalanıb. Hazırda da Tekfen və SOCAR ortaq şirkətlər kimi qəbul olunur.