İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Bu haqda məlumatı ilk olaraq iranlı jurnalist Abas Aslani yayıb. O deyib ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 5 ölkəyə - Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edərək tranzit məsələlərini müzakirə etmək üçün bu gün Naxçıvan Muxtar Respublikasına gəlib.
Daha sonra, bu barədə məlumatı İran Xarici İşlər Nazirliyi yayıb.
Məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.
İranlı diplomatlar XİN başçısının bölgə turunun son mərhələsində regional səfərlərdən məmnun olduğunu bildiriblər.