19 Yanvar 2021
Mətni dəyiş
«GALLUP International Association» beynəlxalq sorğu təşkilatı Ermənistanda baş nazir Nikol Paşinyanın fəaliyyətinə olan ictimai rəyi araşdırmaq üçün paytaxt İrəvanda soruğu keçirib. Məsəlçün, baş nazirin Qarabağ müharibəsi nəticəsində əsirlərin qaytarılması işindəki fəaliyyətini qiymətləndirən sakinlərin 49 faizi baş nazirin onun bu sahədəki fəaliyyətini uğursuz sayıb.
İrəvanlılardan həmçinin 2021-ci il yanvarın 11-də Ermənistan, Azərbaycan, Rusiya arasında nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı imzalanmış üçtərəfli bəyanata münasibətləri də soruşulub. Yanvarın 12-dən 17-nə qədər keçirilən sorğularda 800 nəfərə yaxın insan iştirak edib. Onların 14,6 faizi bu sazişi tam müsbət, 21,9 faizi qismən müsbət, 13 faizi qismən mənfi və 24,4 faizi qismən mənfi qiymətləndirib. Rəyi soruşulanların 26,1 faizi isə suala cavab verməyə çətinlik çəkdiyini deyib.
Xatırladaq ki, yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderləri Moskvada regionun inkişaf etdirilməsi və kommunikasiya əlaqələrinin bərpa edilməsi ilə bağlı bəyanat imzalayıb. Bəyanatda hər üç ölkənin birgə işçi qrup yaratması və regionda üç ölkəni bir-birinə birləşdirən dəmir yolu, avtomobil yolunun tikilməsi məsələlərini həll etməsi razılaşdırılıb.