İlham Əliyev Şuşaya xüsusi nümayəndə təyin edib

İlham Əliyev Şuşaya xüsusi nümayəndə təyin edib
27 Yanvar 2021
Mətni dəyiş
Prezident İlham Əliyev Şuşa şəhərində xüsusi nümayəndənin təyin edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin yanvarın 27-də imzaladığı sərəncamla Aydın Kərimov dövlət başçısının Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib. Xatıradaq ki, Aydın Zöhrab oğlu Kərimov vaxtilə Sosial Demokrat Partiyasının üzvü olub, uzun illər İsveçdə yaşayıb. Şuşa rayonu ötən ilin 8 noyabrında işğaldan azad edib. 1930-cu ildə yaraılmış Şuşa şəhəri Kiçik Qafqazın Qarabağ silsiləsində yerləşir. 289 km² ərazisi olan Şuşanın 2016–cı ildəki hesablamalara görə, 32.8 min nəfər əhalisi olub. Şuşa ərazisinə bir şəhər və 31 kənd daxildir. Mərkəzi Şuşa şəhəridir. Şəhər 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Şəhərin işğal tarixi 8 maydır. Şuşa əhalisi Azərbaycanın müxtəlif rayonlarında yaşayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun