Gecə Bakıda torpaq sürüşməsi olub, Eldar Əzizov da əraziyə baş çəkib

Gecə Bakıda torpaq sürüşməsi olub, Eldar Əzizov da əraziyə baş çəkib
29 Yanvar 2021
Mətni dəyiş

Yanvarın 28-də axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsi baş verib. Rəsmi məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb.

İlkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyi müəyyən edilib.

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Badamdardakı sürüşmə ərazisinə gedib. O, əraziyə baxış keçirib, vəziyyətlə tanış olub.

Eldar Əzizov hadisə yerindən mətbuata açıqlama verib ki, baş vermiş sürüşmə hadisəsinin nəticələrinin aradan qaldırılması üçün tədbirlər planı hazırlanmalıdır.

O qeyd edib ki, Bakı şəhəri İcra hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə birlikdə araşdırmalar aparmalıdırlar: “Tədbirlər planı çərçivəsində görüləcək işlərlə bağlı məsələlər müəyyən ediləcək", - deyə o, vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun