Elman Rüstəmov: "Milli Bankın yeni binasını öz vəsaitimizlə tikəcəyik"

Elman Rüstəmov: "Milli Bankın yeni binasını öz vəsaitimizlə tikəcəyik"
29 Yanvar 2021
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov rəhbərlik etdiyi qurum üçün 218 milyon avroya yeni inzibati bina tikilməsinə münasibət bildirib. Bu barədə o, onlayn keçirdiyi mətbuat konfrasında danışıb. “Biz yeni inzibati binamızı öz vəsaitimiz hesabına tikəcəyik. Mənim bu bina ətrafında gedən müzakirələrdən xəbərim var. Onu qeyd edim ki, son 3 ildə dövlət büdcəsində 7,8 milyard manat vəsait köçürmüşük. Bu isə 250 milyon manat köçürməyi düşünürük”, - deyə o, qeyd edib. "Xəzinəmizin böyük bir hissəsi Nərimanov rayonunda bir dalanda yerləşir. Bu isə heç bir tələbə cavab vermir. Ümumilikdə isə biz 3 ünvanda fəaliyyət göstəririk. Biznes prosesinin avtomatlaşdırılması üçün yeni bina tikməliyik. Bina 4-5 il ərzində hazır olacaq. Ondan sonra biz hazırda fəaliyyət göstərdiyimiz binaları dövlətə qaytaracağıq. Bu isə əhəmiyyətli aktivlərdir", - Rüstəmov əlavə edib. Qeyd edək ki, Mərkəzi Bank yeni inzibati binanın tikintisi ilə bağlı Türkiyənin "Tekfen İnşaat" şirkəti ilə 218 milyon avro dəyərində (təxminən 435 milyon manat) müqavilə imzalayıb. "Tekfen Holdinq" verdiyi açıqlamada layihənin inzibati binanın mühəndislik, avadanlıq, təchizat işlərini əhatə edəcəyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun