Deputat: "Azərbaycanla müqayisədə Almaniyada benzinin qiyməti xeyli yüksəkdir”

Deputat: "Azərbaycanla müqayisədə Almaniyada benzinin qiyməti xeyli yüksəkdir”
5 Yanvar 2021
Mətni dəyiş

“Ölkədə benzin və dizelin qiymətinin artımına təsir edəcək ciddi əsaslar olduğu üçün Tarif Şurası bu addımı atıb”.

Bu sözləri Tarif Şurasının qərarına uyğun olaraq, yanvarın 5-dən etibarən, Azərbaycanda Aİ-92 markalı benzinin 1 litrinin qiymətinin 1 manat, dizelin 1 litrinin qiymətinin isə 80 qəpik həddində müəyyənləşməsinə münasibət bildirən Milli Məclisin deputatı Nurlan Həsənov deyib.

Nurlan Həsənovun sözlərinə görə, dünya bazarında benzinin qiymətinin artması neftin bahalaşması ilə bağlıdır:

“Əslində, dünyanın bir sıra ölkələri ilə müqayisədə Azərbaycanda benzinin qiyməti çox aşağıdır. Məsələn, Azərbaycanla müqayisədə Almaniyada benzinin qiyməti xeyli yüksəkdir.

Nəzərə almaq lazımdır ki, Almaniya neft-qaz ehtiyatına malik olmayan ölkədir. Lakin Azərbaycanda zəngin neft-qaz ehtiyatları mövcuddur. Bütün hallarda hesab edirəm ki, Tarif Şurası dünya bazarında neftin bahalaşması fonunda qiymət tənzimlənməsini həyata keçirib.

Yəni ölkədə benzin və dizelin qiymətinin artımına təsir edəcək ciddi əsaslar olduğu üçün Tarif Şurası bu addımı atıb. Xatırlayırsınızsa, neftin ucuzlaşdığı ərəfələrdə benzinin qiyməti də Tarif Şurası tərəfindən aşağı salınmışdı. Hazırda benzinin bahalaşması dünya bazarında neftin qiymətinin artması ilə bağlıdır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun