Bu günədək ölkədə koronavirusa qarşı cəmi 50 min nəfər peyvəndlənib

Bu günədək ölkədə koronavirusa qarşı cəmi 50 min nəfər peyvəndlənib
28 Yanvar 2021
Mətni dəyiş
Bu günə qədər 50 min nəfər Covid-19 əleyhinə peyvənd edilib. Bu barədə Azərbaycan Nazirlər Kabinetindən bildiriblər. Peyvənd olunanların əksəriyyəti səhiyyə işçiləridir. Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya yanvarın 18-dən start verilib. İlk mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd edilib. Azərbaycan ÜST-ün COVAX platforması çərçivəsində "Sinovaç" şirkətilə danışıqlar aparıb. Ümumilikdə "Sinovaç" şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Vaksinasiyanın ikinci mərhələsinin fevralın 1-dən başalanacağı gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun