Bakı meriyasının tabeli strukturları üçün yeni inzibati bina tikiləcək

Bakı meriyasının tabeli strukturları üçün yeni inzibati bina tikiləcək
26 Yanvar 2021
Mətni dəyiş

Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxt meriyasının digər tabeli strukturları üçün yeni inzibati binanın tikintisinə dair layihə-smeta sənədlərinin hazırlanması üçün kotirovka sorğusu elan edib.

Bu barədə BŞİH açıqlama yayıb. Məlumatda deyilir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini 1 fevral saat 11:00-a qədər şirkətin yerləşdiyi ünvana təqdim edə bilərlər.

Bundan öncə 2019-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası da təmirə dayanıb. Təmir-bərpa işlərini həyata keçirən şirkət qarşısında tarixi binanın xarici və daxili görünüşünə xələl gətirilməməsi əsas tələb kimi qoyulub.

Bina Bakı Şəhər Dumasının sifarişi ilə 1900-1904-cü illərdə polyak memar İosif Qoslavskinin layihəsi əsasında barokko üslubunda tikilib. Bu, memarın son əsəri olub. Bina Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun