Bəstəkar Nailə Mirməmmədli vəfat edib

Bəstəkar Nailə Mirməmmədli vəfat edib
4 Yanvar 2021
Mətni dəyiş

Azərbaycanın Əməkdar incəsənət xadimi, Bakı Dövlət Universitetinin Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru, bəstəkar Nailə Mirməmmədli vəfat edib.

Hələlik onun ölüm səbəbi məlum deyil.

Əməkdar incəsənət xadiminin ailəsi 2007-ci ildə faciələrlə üzləşib. Əvvəl onların 14 yaşlı oğlu dənizdə boğularaq ölüb. Daha sonra N.Mirməmmədlinin həyat yoldaşı Hikmət Mirməmmədli ürək tutmasından dünyasını dəyişib.

N.Mirməmmədli 1961-ci ildə Bakıda anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb. O, 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təhsilini davam etdirmək məqsədi ilə Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində Bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, “Bənövşə” xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışıb.

2020-ci ildə BDU-nun Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun