Nida Vətəndaş Hərəkatının üzvü Fərrux Məmmədzadə polis tərəfindən saxlanılıb. Bu barədə fəalın atası Şakir Məmmədzadə Abzas-a açıqlamasında bildirib.
Valideyinin sözlərinə görə, oğlunu avqustun 4-ü axşam 8-9 radələrindən gəlib evlərindən idarəyə aparıblar, hansı əsasla saxlandıqları ilə bağlı ilə isə heç bir məlumat verməyiblər.
"Bu gün saat 12-də isə bizə bildirdilər ki, Fərruxu Bakıya, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar".
Nida Vətəndaş Hərəkatının yaydığı açıqlamada deyilir ki, üzvü Fərrux Məmmədzadənin həbsinin "Qarabağ" yürüşü ilə bağlı olduğunu ehtimal edirlər.
Son günlər onlarla ictimai-siyasi fəal, xüsusilə AXCP üzvləri "Qarabağ" münaqişəsinə görə Milli Məclisin qarşısında baş tutan mitinqlə bağlı həbs edilib.