Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılır.
Bununla bağlı Milli Məclisə hökumət tərəfindən dəyişikliklər layihəsi göndərilib. Təkliflər parlamentin iyunun 29-da baş tutacaq iclasınının gündəliyinə salınıb.
Təkliflərə görə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.
Hazırda bu cərimələrin miqdarı fiziki şəxslər üçün 100 manatdan 200 manatadək, vəzifəli şəxslər üçün isə 1 500 manatdan 2 000 manata qədərdir. Digər bir dəyişikliklə isə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək. Hazırda isə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə olunur.