Ermənistan COVİD-19 infeksiyasının müəyyən edilməsi üçün öz testlərinin istehsalına başlayıb.
Bu barədə 'Jamnews' xəbər yayıb. Məlumata görə, istehsal olunan testlərin ilk partiyası 100 min ədəddən ibarətdir.
Ermənistanın Molekulyar Biologiya İnstitutu tərəfindən istehsal edilən testlərin iyunun 25-dən bu laboratoriyalara daşınmasına başlanılıb.
Məlumata görə, 100 min testin istehsalına hökumət 250 min dollar vəsait ayırıb. Səhiyyə naziri Arsen Torosyan deyib ki, bir testin maya dəyəri 1200 drama [təxminən 2,5 dollara] başa gəlir.
Qeyd edək ki, Ermənistanda yeni növ koronavirusa yoluxanların sayı yüksəkdir. Son sutka ərzində 759 nəfər infeksiyaya yoluxma qeydə alınıb, daha 13 nəfər həyatını itirib.
Məlumata görə, epidemiya başlayandan ölənlərin ümumi sayı 410 nəfərə çatıb. Ümumilikdə isə 23 247 nəfər yoluxub, onlardan 12149 nəfər sağalıb.