İyunun 24-ü səhər saatlarında müstəqil Arqument.az saytının “Facebook” səhifəsinə müdaxilə olub.
Bu barədə saytın baş redaktoru Şəmşad Ağa bildirib ki, səhifədən 12 min izləyici və mart ayına qədər bütün paylaşımlar silinib.
Mikroskop-un məlumatına görə, bundan öncə, iyunun 18-də Meydan TV-nin sosial şəbəkə hesablarına hücum olmuşdu. Saytın “Facebook” səhifəsində 2018-ci ildən sonrakı bütün paylaşımları silinmişdi.
Azərbaycan 11 il əvvəl “Kibercinayətkarlıq haqqında” Konvensiyaya qoşulub.
Bu nə deməkdir: Azərbaycan informasiya sistemlərinə qanunsuz daxil olma, qanunsuz ələ keçirmə, məzmuna müdaxilə əməllərinin cinayət əməli kimi tövsif edilməsi üçün zəruri olan tədbirləri həyata keçirmək öhdəliyi götürüb. 7-8 il əvvəl bu hərəkətlər cinayət əməli kimi tövsif edilib, Cinayət Məcəlləsinə ayrıca fəsil əlavə edib.