Koronavirus pandemiyasına ən tez müdaxilə edən ölkələrdən biri olaraq diqqət çəkən Yeni Zelandiyada baş nazir Jasinda Ardern daxili turizmi və iqtisadiyyatı canlandırmaq üçün “dörd iş günü” sistemini tətbiq edərək həftədə üç istirahət gününə keçə biləcəklərini elan edib.
Koronavirusa qarşı mübarizəni qazandıqlarını ötən ay açıqlayan və ən ciddi tədbirlər həyata keçirən baş nazirin dedikləri beynəlxalq ictimaiyyət tərəfindən də ciddi diqqət çəkib.
J.Ardern xarici turistlərin ölkəyə gəlişinin qadağan olması səbəbindən daxili turizmi canlandırmaq və iqtisadiyyatı qaldırmaq üçün həftənin günlərində yeni bir tənzimləmə edə biləcəklərinin siqnalını verib. Baş nazir iş günlərinin dörd günə endirilməsinin, tətil günlərinin isə üç günə qaldırılmasının gündəmlərində olduğunu açıqlayıb.
‘Facebook’ vasitəsilə canlı yayımda danışan Ardern daha qısa həftə ilə iqtisadiyyatın dirçələ və daxili turizmin hərəkətə gələ biləcəyini bildirib. Həmçinin, baş nazir vətəndaşların da bu həyat tərzi ilə birlikdə ‘iş-günlük yaşayış’ tarazlığının təmin edilə biləcəyini deyib.