Mayın 24-də korrupsiyada ittiham olunan İsrail baş naziri Benyamin Netanyahu məhkəmə qarşısına çıxıb. Netanyahu ölkəsində vəzifədəykən ittiham olunan şəxs qismində məhkəmə qarşısına çıxarılan ilk siyasi liderdir.
Qüds Məhkəməsində baxılan işi Netanyahu “siyasi cadugər ovu” adlandırıb. Baş nazir özünün məhkəməyə gəlmək əvəzinə yalnız vəkillərinin iştirakı ilə bağlı vəsatət versə də hakimlər bu istəyi qəbul etməyiblər.
İsrail baş nazirinin milyoner iş adamlarından hədiyyələr aldığı və mətbuat orqanlarının rəhbərlərinin xeyrinə, onun haqqında yaxşı xəbərlər yayımlamaları qarşılığında qanunlar qəbul etdiyi iddia edilir.
İsrail qanunlarına görə, Netanyahuya cinayət işi açıldığına görə istefa vermək məcburiyyətində deyil. Baş nazir məhkəmə prosesinin onun vəzifəsini icra etməyinə maneə yaratmayacağını müdafiə edir.
Korrupsiyada ittiham olunan Netanyahu bir həftə əvvəl beşinci dəfə ölkənin baş naziri seçilib.
Müxalifət: Netanyahu ölkəni daxili savaşa sürükləməyə çalışır
Netanyahu və müttəfiqləri aylardı cinayət işi səbəbindən ölkədəki məhkəmə sistemini hədəfə alarkən baş nazir haqqındakı bu iddialar məsələsində fikirləri bölünür.
Təhlükəsizlik qüvvələri baş nazirin məhkəməyə gəldiyi vaxt onu dəstəkləyənlərlə müxalif fəallar arasında qarşıdurma olmaması üçün tədbir görüblər.
Ana müxalifət lideri Yair Lapid isə iqtidarı hakimləri təsir altına almağa çalışmaqda və ölkədə zorakılığı körükləməkdə ittiham edir: “Netanyahu cinayət işindən canını qurtarmaq üçün bizi daxili savaşa cəlb etməyə çalışır”.
Baş nazirin məhkəmə qarşısına çıxarılması ölkədə bir ildən çox davam edən siyasi qeyri-sabitlik dövründən sonra reallaşır.
[caption id="attachment_85395" align="alignleft" width="1877"] Benyamin Netanyahu, 24.05.2020[/caption]