Mayın 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının daha iki üzvü Elxan Əliyev və Əli İmanxanlı həbs edilib.
Bu barədə partiyanın mətbuat xidmənin açıqlama yayıb. Məlumata görə, partiyanın fəalları Nərimanov məhkəməsinə aparılıblar.
Elxan Əliyev və Əliağa Məmmədov məhkəmənin qərarı ilə 30 gün müddətinə həbs edilib. Məhkəmə hər iki fəalı İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejiminin pozulması) və 535.1 (polisin qanuni əmrlərinə tabe olmamaq) maddələri ilə təqsirli biliniblər.
May ayının 9-u və 10-da üç AXCP fəalı sutkalıq həbsdən azadlığa çıxıblar. Əli Kərimlinin köməkçisi Faiq Əmirli, fəallar Ruslan Əmirli və Nicat Abdullazadə 1 ay əvvəl 30 sutka müddətinə həbs edilmişdilər.
Son bir ayda 12 AXCP fəalı inzibati qaydada həbs olunub, daha biri isə cinayət işi üzrə məhkum edilib.